BİZNES

20 Avqust

ABŞ hökuməti Intel-də 10% pay almağı müzakirə edir – Səhmlər 4% ucuzlaşıb

ABŞ hökuməti Intel-də 10% pay almağı müzakirə edir

Finss.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Intel korporasiyasının 10% payının alınması ilə bağlı danışıqlar aparır. Bu addım hökuməti problemli çip istehsalçısının ən böyük səhmdarına çevirə bilər.

Intel səhmləri cümə axşamı ticarətində 4% ucuzlaşıb. Şirkətin kapitallaşması təqribən 107,5 milyard dollar təşkil edir və sövdələşmənin həcmi buna uyğun olaraq təxminən 10,5 milyard dollar ola bilər.

Bundan əvvəl bildirilmişdi ki, Ağ Ev şirkətdə pay almaq üçün ABŞ-ın Çiplər Aktı çərçivəsində Amerika yarımkeçirici sənayesinin inkişafı üçün ayrılmış vəsaitdən istifadə edə bilər. Bu qanuna əsasən, Intel təxminən 10,9 milyard dollar vəsait əldə edib ki, bu da şirkətin bazar dəyərinin təxminən 10%-nə uyğundur.

Bu addım ABŞ-ın yarımkeçirici sənayesində strateji mövqeyini gücləndirmək və çip istehsalında ölkənin nəzarətini artırmaq məqsədini daşıyır.