MÜSAHİBƏ

20 Avqust

Neft qiymətləri geosiyasi gərginlik fonunda yüksəldi

Finss.az xəbər verir ki, bazar ertəsi səhər saatlarında dünya bazarında neft qiymətləri mülayim artım nümayiş etdirib. Investorlar geosiyasi hadisələri və liderlərin açıqlamalarını diqqətlə izləyirlər.

Bakı vaxtı ilə saat 10:31-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri 0,32 dollar və ya 0,49% artaraq bir barel üçün 66,17 dollar olub. ABŞ-ın NYMEX birjasında isə WTI markalı neftin sentyabr fyuçersləri 0,39 dollar və ya 0,62% bahalaşaraq 63,19 dollar təşkil edib.

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqları yüksək qiymətləndirərək, görüşdə “böyük irəliləyiş” əldə olunduğunu bildirib. Tramp həmçinin Rusiyaya qarşı əlavə sanksiyalar barədə düşünməyin mənasız olduğunu vurğulayıb.