Finss.az – 2025-ci ilin ən dəyərli brendi: Apple yenə liderdir
“Apple” şirkəti “BrandZ Top 100 Most Valuable Global Brands” illik hesabatına görə, ardıcıl dördüncü il dünyanın ən dəyərli brendi olaraq qalır. Brendin dəyəri il ərzində 28% artaraq 1,3 trilyon dollara çatıb.
Növbəti yerlərdə isə brendlər bunlardır:
-
Google (Alphabet Inc.) – 944,1 milyard dollar (+25%)
-
Microsoft Corp. – 884,8 milyard dollar (+24%)
-
Amazon.com Inc. – 866,1 milyard dollar (+50%)
-
Nvidia Corp. – 509,4 milyard dollar (+2,5 dəfə)
Daha sonra Facebook və Instagram (Meta) – 300,7 və 229 milyard dollar, McDonald’s Corp. isə 221 milyard dollar ilə səkkizinci yerdədir.