Finss.az xəbər verir ki, dünyanın ən böyük hedcinq fondu Bridgewater Associates Çindəki bütün aktivlərini satıb. Fondun tənzimləyici sənədlərinə görə, Rey Dalio tərəfindən yaradılmış fond birinci rübün sonunda Alibaba, PDD Holdings, Baidu və digər 16 Çin şirkətinin səhmlərinə, həmçinin təxminən 1,5 milyard dollar dəyərində iki birja fonduna sahib idi.
İkinci rübün sonunda isə bu aktivlər Bridgewater-ın balansında görünmür. Rey Dalio Çin iqtisadiyyatına müsbət baxsa da, ABŞ-ın ticarət siyasətinə görə Trampı dəfələrlə tənqid edib.
Milyarder 2022-ci ilin sonunda fondda baş investisiya direktoru vəzifəsini tərk etmiş, avqust ayında isə tam payını sataraq direktorlar şurasından ayrılmışdır. Dalio investisiya dairələrində “Hər cür hava portfeli” strategiyası ilə tanınır – bu portfelin 40%-i uzunmüddətli dövlət istiqrazları, 30%-i səhmlər, 15%-i ortamüddətli istiqrazlar, 7,5%-i xammal və 7,5%-i isə qızıldan ibarətdir.