Finss.az – ABŞ A7 şirkətini SDN Siyahısına əlavə edib
ABŞ PSB Bankın iştirakı ilə yaradılan və xarici iqtisadi fəaliyyət üçün hesablaşmalar üzrə ixtisaslaşan A7 şirkətini SDN Siyahısına əlavə edib. Bu barədə məlumatı ABŞ Maliyyə Nazirliyinin sanksiyalar üzrə hüquq-mühafizə bölməsi OFAC yayıb.
Sanksiyalar həmçinin A7 Agent MMC, A71 MMC, Grinex kriptovalyuta birjası, Exved və INDEFI Smartbank platformaları, Garantex Europe və Old Vector (Bişkek) şirkətlərinə də şamil olunub. ABŞ Xəzinədarlığı bildirib ki, Grinex birjası Garantex əməkdaşları tərəfindən yaradılıb və sanksiyalardan yayınmaq üçün A7 və əlaqəli şirkətləri əhatə edən sxemdən istifadə edib.
PSB-nin A7-dəki payı 49% təşkil edir. Şirkət 2024-cü ilin payızında yaradılıb və Rusiya ixracatçıları ilə xarici tərəfdaşlar arasında hesablaşmalar üzrə xidmət göstərir. May ayında A7 Böyük Britaniyanın, iyulda isə Avropa İttifaqının sanksiyalar siyahısına daxil edilib.