BİZNES

18 Avqust

Swiss Re birinci yarımildə xalis mənfəətini 24% artırır

Finss.az xəbər verir ki, sənayenin ən böyük şirkətlərindən biri olan İsveçrənin təkrarsığorta şirkəti Swiss Re AG ilin birinci yarısında xalis mənfəətini 24% artıraraq bazar gözləntilərini üstələyib.

2025-ci ilin yanvar-iyun aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 2,01 milyard dollara qarşı 2,61 milyard dollar təşkil edib.

Reuters-in konsensus proqnozuna istinad etdiyi analitiklər 2,47 milyard dollar mənfəət gözləyirdilər.

Əmlak və bədbəxt hadisələrdən sığorta bölməsinin xalis mənfəəti 23% artaraq 1,22 milyard dollar, həyat və sağlamlıq sığortası bölməsi isə 5% azalaraq 839 milyon dollar təşkil edib.

Təkrarsığortaçının kapitalının orta gəlirliliyi (ROE) bir il əvvəlki 19,6%-ə qarşı 23% təşkil etmişdir.

2025-ci ilin əvvəlindən Swiss Re-nin kapitallaşması 16,2% artıb.