BİZNES

18 Avqust

Swiss Re 2025-ci ilin ilk yarısında xalis mənfəətini 24% artırd

Finss.az xəbər verir ki, İsveçrənin ən böyük təkrarsığorta şirkətlərindən biri olan Swiss Re AG 2025-ci ilin yanvar-iyun aylarında xalis mənfəətini 24% artıraraq 2,61 milyard dollar təşkil edib. Bu nəticə analitiklərin 2,47 milyard dollarlıq konsensus proqnozunu üstələyib.

Əmlak və bədbəxt hadisələrdən sığorta bölməsinin xalis mənfəəti 1,22 milyard dollarla 23% artım göstərib. Həyat və sağlamlıq sığortası bölməsi isə 839 milyon dollarla 5% azalma qeyd edib.

Təkrarsığortaçının kapitalının orta gəlirliliyi (ROE) bir il əvvəlki 19,6%-ə qarşı 23% təşkil edib. 2025-ci ilin əvvəlindən Swiss Re-nin kapitallaşması 16,2% artıb, bu da şirkətin bazar mövqeyinin gücləndiyini göstərir.