Finss.az xəbər verir ki, ABŞ Enerji Departamentinin həftəlik hesabatına görə, ölkənin kommersiya xam neft ehtiyatları keçən həftə 3,04 milyon barel artaraq 426,7 milyon barrelə çatıb.
“Trading Economics”in məlumatına görə, ekspertlər bu həftə üçün orta hesabla 800 min barel azalma gözləyirdilər.
Avqustun 8-də bitən həftədə benzin ehtiyatları 792 min barel azalsa da, distillə ehtiyatları 714 min barel artıb.
Bundan əlavə, Nyu-York əmtəə birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar 45 min barel artıb.