Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 112,9 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Finss.az xəbər verir ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində 26 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 406-sı qeyri-yaşayış, 2.068-i torpaq sahələri üzrə olmaqla 2.474 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 26,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 112,9 milyon manat vəsait daxil olub.
Fuad Mədətov
Finss.az
Əlavə bax: “İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu