BİZNES

14 Avqust

SOCAR Türkiyə və Türk Hava Yolları Dayanıqlı Aviasiya Yanacağı (SAF) sahəsində əməkdaşlıq edəcək

SOCAR Türkiyə şirkətinin baş direktoru Elçin İbadovTürk Hava Yollarının baş direktoru Bilal Ekşi SOCAR Türkiyə ilə Türk Hava Yolları arasında Dayanıqlı Aviasiya Yanacağı (SAF) sahəsində əməkdaşlığı əhatə edən Anlaşma Memorandumu imzalayıblar.

Bu barədə Finss.az SOCAR Türkiyəyə istinadən xəbər verir ki, bu, Türk Hava Yolları ilə mövcud reaktiv yanacaq əməkdaşlığını SAF sahəsinə qədər genişləndirəcəkregional davamlılıq məqsədlərinə yönəlmiş layihələrin həyata keçirilməsi üçün zəmin yaradacaq.

SOCAR bildirir ki, STAR Refinery-nin yüksək istehsal gücü, qabaqcıl emal texnologiyaları, rəqəmsallaşmaya yönəlmiş müasir əməliyyatlar və Ar-Ge səyləri SAF istehsalında güclü və rəqabətə davamlı infrastruktur təmin edir.

Fuad Mədətov
Finss.az