Ucar Rayon İcra Hakimiyyəti şəhər yollarının əsaslı təmir işlərinin satın alınması üzrə müsabiqə elan edib. Ümumi ehtimal olunan qiymət 340.668,36 AZN təşkil edir.
Finss.az xəbər verir ki, müsabiqə çərçivəsində Arif Əhmədov küçəsi dalan-1 ünvanında torpağın töküntü yerində işlərin yerinə yetirilməsi, sahələrin mexanikləşdirilmiş üsulla planlaşdırılması, qruntun sıxlaşdırılması, əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, həmçinin optimal qranulometrik tərkibli qum-çınqıl qatışığı və ya qırmadaş-qum qatışığı döşənməsi işləri görüləcək.
Təkliflərin təqdim olunması və zərflərin açılışı: 05 sentyabr 2025-ci il, saat 17:01
İştirak haqqı: 350 AZN
İstifadə haqqı: 25 AZN
(Ödənişlər geri qaytarılmır)
Əlaqə şəxs: Ceyhun Qəhrəmanov, Sosial iqtisadi inkişan təhlili və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi
E-poçt: [email protected]
Telefon: +994 50 329 53 73