BİZNES

14 Avqust

Sosial Xidmətlər Agentliyi MHBS üzrə maliyyə audit tenderi elan edib

Sosial Xidmətlər Agentliyi 2025-2027-ci illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara (MHBS) uyğunluğunun auditinin həyata keçirilməsimüstəqil audit rəyinin verilməsi xidmətləri üzrə müsabiqə elan edib. Ümumi ehtimal olunan qiymət 223 020,00 AZN təşkil edir.

Finss.az xəbər verir ki, müsabiqə çərçivəsində 2025, 2026 və 2027-ci maliyyə illəri üzrə maliyyə hesabatlarının MHBS-ə uyğunluğunun yoxlanılması və rəy verilməsi işləri həyata keçiriləcək. Hər maliyyə ili üçün ayrıca yoxlama və rəy prosesi nəzərdə tutulub.

Təkliflərin təqdim olunması və zərflərin açılışı 5 sentyabr 2025-ci il saat 16:00-da keçiriləcək. İştirak üçün 350 AZN iştirak haqqı25 AZN istifadə haqqı ödənilməlidir. Qeyd olunur ki, ödənişlər geri qaytarılmır.

Əlaqə üçün Baş mütəxəssis Camal Nehmətov ilə əlaqə saxlamaq mümkündür:

Fuad Mədətov
Finss.az

Əlavə bax: SoftBank-ın PayPay ödəniş tətbiqi ABŞ bazarında 2 mld. dollarlıq IPO planlaşdırır