Finss.az - Qlobal qida sənayesinin ən qiymətli brendləri arasında “Nestle” onuncu il ardıcıl olaraq lider mövqeyini saxlayır.
Son bir il ərzində brendin dəyəri 4% azalararaq 20 milyard dollara enməsinə baxmayaraq, Nestle hələ də dünya qida brendlərinin reytinqində birinci yerdədir.
Reytinqdə ikinci yerdə dəyəri 5,8% artaraq 12,7 milyard dollara yüksələn Lay's brendi qərarlaşıb. Üçüncü sırada Çin brendi Yili yer alır, onun dəyəri isə 3,4% azalaraq 11,2 milyard dollar səviyyəsindədir. Dördüncü yerdə Amerika brendi Tyson var ki, onun dəyəri 19,8% artaraq 9,9 milyard dollara çatıb. Beşinci sırada isə Fransanın Danone brendi qərarlaşıb və onun dəyəri 3,1% artaraq 8,3 milyard dollara yüksəlib.
Maraqlıdır ki, ilk beşlikdəki brendlərin mövqeyi əvvəlki illə müqayisədə dəyişməyib, bu isə bazarda bu brendlərin davamlı möhkəmliyindən xəbər verir.