BİZNES

12 Avqust

Azərbaycanın karbamid ixracı 75,7% artıb

İlk 6 ayda ixrac dəyəri 92,4 milyon ABŞ dollarına çatıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 92,4 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Finss.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iyul saylı İxrac icmalında məlumat verilib.

Rəqəmlərə əsasən, karbamid ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 39,8 milyon ABŞ dolları və ya 75,7% artıb. 2024-cü ilin birinci yarısında bu göstərici 52,6 milyon ABŞ dolları idi.

Bununla yanaşı, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı da artaraq 1,8 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,9% çoxdur.

Fuad Mədətov
Finss.az