Bu ilin birinci yarısında bp və tərəfdaşları tərəfindən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda fəaliyyətlərə təxminən 259 milyon ABŞ dolları əməliyyat xərcləri və 558 milyon ABŞ dolları əsas kapital xərcləri sərf edilib.
Bu barədə Finss.az bp-yə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövründə əməliyyat xərcləri 243 milyon dollar, əsas kapital xərcləri isə 698 milyon dollar olmuşdu. İllik müqayisədə əməliyyat xərclərində 6,6% artım, əsas kapital xərclərində isə 20%-dən çox azalma qeydə alınıb.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
AÇG-də iştirak payları belədir:
- bp – 30.37%
- SOCAR – 31.65%
- MOL – 9.57%
- İNPEKS – 9.31%
- EksonMobil – 6.79%
- TPAO – 5.73%
- İTOÇU – 3.65%
- ONGC Videş – 2.92%
Fuad Mədətov
Finss.az