BİZNES

12 Avqust

2025-ci ilin ilk yarısında BTC üzrə əməliyyat xərcləri 14,9% azalıb

bp və tərəfdaşları Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 13 milyon ton xam neft ixrac edib

2025-ci ilin birinci yarısında bp və onun tərəfdaşları Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 60 milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar sərf edib.

Finss.az bp-yə istinadən xəbər verir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,9% az69,5% çox olub.

Hesabat dövründə BTC vasitəsilə təqribən 13 milyon ton (106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. 2025-ci ilin iyun ayının sonunadək ümumilikdə 605 milyon ton (4,6 milyard barel) xam neft nəql edilib və 6007 tanker vasitəsilə ixrac olunub.

BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%), İNPEKS (2,50%).

Fuad Mədətov
Finss.az