BİZNES

11 Avqust

2025-ci ilin II rübündə SOCAR tərəfindən neft və qaz emalı azalıb

SOCAR 2025-ci ilin II rübündə neft və qaz emalında azalma qeyd edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin ikinci rübündə 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edib.

Finss.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, neft emalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 min ton (0,2%), qaz emalı isə 95,6 milyon kubmetr (11,1%) azalıb.

İxracat göstəriciləri

Hesabat dövründə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan təxminən 570 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 89,2 min ton (13,5%) azalma deməkdir.

Fuad Mədətov
Finss.az