İranın Gömrük Administrasiyasının statistik məlumatına əsasən, 2025-ci ilin 21 mart – 22 iyul tarixləri arasında İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 24,4%, çəki baxımından isə 7,11% azalıb.
Finss.az xəbər verir ki, bu dövrdə qeyri-neft məhsullarının dəyəri 178 milyon dollar, çəkisi isə 274 min ton təşkil edib.
Keçən ilin analoji dövrü ilə müqayisə
2024-cü ilin 20 mart – 21 iyul tarixlərində İran Azərbaycana təxminən 236 milyon dollar dəyərində, 296 min ton qeyri-neft məhsulu ixrac edib.
İxrac olunan əsas məhsullar
İran əsasən Azərbaycana kənd təsərrüfatı və ərzaq məhsulları, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.
Azərbaycan-İran ticarət dövriyəsi
4 ay ərzində iki ölkə arasında ticarət dövriyəsi 182 milyon dollar və 276 min ton təşkil edib. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 25%, çəki baxımından isə 7,5% azalıb.
İranın ümumi qeyri-neft ixracı
İranın Gömrük Administrasiyasının ümumi hesabatına görə, 4 ay ərzində ölkənin qeyri-neft məhsul ixracı 16,5 milyard dollar dəyərində və 48,8 milyon ton çəkidə olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,51%, çəki baxımından 1,46% azalma deməkdir.
Fuad Mədətov
Finss.az