BİZNES

08 Avqust

Azərbaycandan pambıq mahlıcı ixracı 15,6% azalıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 98,6 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iyul ayına aid “İxrac icmalı”na istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 milyon dollar və ya 15,6% azalma deməkdir.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında pambıq mahlıcının ixracı 116,8 milyon dollar təşkil edib.

Bununla yanaşı, 2025-ci ilin ilk altı ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ümumi ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9% artaraq 1,8 milyard ABŞ dollarına çatıb.

Fuad Mədətov
Finss.az