Finss.az xəbər verir ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) press-relizinə əsasən, iyun ayında qlobal çip satışları illik müqayisədə 19,6% artaraq 59,91 milyard dollara çatıb.
May ayı ilə müqayisədə artım 1,5% (düzəliş edilmiş 59,01 milyard dollardan) olub.
İkinci rübdə tədarüklər birinci rüblə müqayisədə 7,8% artaraq 179,7 milyard dollar təşkil edib.
İyun ayında Şimali və Cənubi Amerikada satışlar illik müqayisədə 24,1%, Çində 13,1%, Avropada 5,3%, Asiya-Sakit okean və digər regionlarda 34,2% artıb. Eyni zamanda Yaponiyada 2,9% azalma qeydə alınıb.
Şimali və Cənubi Amerikada may ayı ilə müqayisədə çip satışı 0,2%, Avropada 0,7%, Yaponiyada isə 1,7% azalıb. Eyni zamanda Çinə tədarüklər 0,8%, Asiya Sakit Okean regionuna isə 5,8% artıb.
SIA yarımkeçirici sənayesinin Amerika nümayəndələrinin təxminən 99%-ni və digər ölkələrin çip istehsalçılarının təxminən 66%-ni birləşdirir.