DÜNYA

07 Avqust

Avropada yeraltı qaz ehtiyatları 70%-ə çatdı – Qışa hazırlıq sürətlənir

Finss.az - Avropa qaz infrastruktur platformasına əsasən, Avropadakı yeraltı qaz anbarlarında ehtiyatların səviyyəsi 70%-ə yaxınlaşıb. Qış mövsümünə hazırlıq çərçivəsində qazın yeraltı anbarlara vurulması prosesi yüksək sürətlə aparılır və bu, qarşıdan gələn soyuq mövsüm üçün ehtiyat səviyyəsinin vaxtından əvvəl tamamlanmasına imkan yaradır.

İyulun 4-də qaz gününün nəticələrinə əsasən, orta göstərici 69,96% təşkil edib. Bu rəqəm, son beş ilin ortalama göstəricisindən 7,8 faiz bəndi aşağıdır. Lakin mövcud vurma tempi Aİ-nin müəyyən etdiyi noyabrın 1-dək 90%-lik doldurma hədəfinə çatmaq üçün kifayət edir. Hazırda gündəlik 300 milyon kubmetrdən çox qaz yeraltı anbarlara vurulur, bu isə tələb olunan normanı üstələyir. Hətta gündə 255 milyon kubmetr qaz vurulması belə, noyabr hədəfinə çatmağa imkan verir.

Avropa LNG (mayeləşdirilmiş təbii qaz) bazarında artan rəqabət, bərpa olunan enerji istehsalındakı azalmaQazprom qazına çıxışın məhdudlaşdırılması fonunda enerji təhlükəsizliyini təmin etməyə çalışır. Son dörd ilin ən soyuq qışı səbəbilə ötən istilik mövsümündə anbarlardakı ehtiyatlar intensiv şəkildə istifadə olunub və nəticədə ehtiyat səviyyəsi 34%-dən aşağı düşüb.

Hazırda yeraltı qaz anbarlarına vurulma əsasən LNG idxalı hesabına həyata keçirilir. Ayın əvvəlindən Avropanın qaz nəqli sisteminə terminallardan gündə orta hesabla 300 milyon kubmetr qaz daxil olub. May ayında inyeksiya tempi beşillik ortalamanın altında qalsa da, iyun və iyul aylarında göstəricilər tarixi normanı üstələyib.