BİZNES

07 Avqust

Azərbaycanda polad və armatur istehsalı azalıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda polad və armatur istehsalında azalma qeydə alınıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ilin ilk altı ayında ölkədə 145,6 min ton polad tökmə istehsal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz və ya 39,6 min ton azalma deməkdir. İyulun 1-nə olan məlumata görə, ölkədə 8,1 min ton hazır polad ehtiyatı mövcuddur.

Eyni dövrdə armatur istehsalı da azalıb. Belə ki, ilin ilk yarısında Azərbaycanda 172,7 min ton armatur istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 min ton və ya 11,4 faiz azdır. Armatur üzrə hazır məhsul ehtiyatı 35,5 min ton olub.

Ümumilikdə, 2025-ci ilin ilk altı ayında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 594,7 milyon manatlıq məhsul istehsal edilib. Bu sahələrdə müvafiq olaraq 12,4 faiz və 3,6 faiz azalma müşahidə olunub.

Fuad Mədətov
Finss.az