Finss.az xəbər verir ki, Almaniyanın poçt və logistika şirkəti DHL Group (keçmiş Deutsche Post DHL Group) 2025-ci ilin ikinci rübündə xalis mənfəətini 9,5% artırıb, gəliri isə gözlənilmədən 3,9% azalıb.
Aprel-iyun aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 744 milyon avro və ya hər bir səhm üçün 0,63 avroya qarşı 815 milyon avro və ya hər səhmə 0,72 avro təşkil edib.
Gəlir bir il əvvəlki 20,639 milyard avrodan 19,826 milyard avroya qədər azalıb.
Şirkətin özü tərəfindən verilən konsensus proqnozuna görə, analitiklər xalis mənfəəti 21,01 milyard avro gəlirlə 732 milyon avro olaraq qiymətləndiriblər.
Son rübdə faiz və vergilərdən əvvəl mənfəət (EBIT) əvvəlki ilin aprel-iyun aylarındaki 1,352 milyard avroya qarşı 1,429 milyard avro təşkil edib.
Sərbəst pul axını (FCF) 8,5% azalaraq 329 milyon avroya düşüb.
2025-ci ildə DHL hələ də EBIT-in ən azı 6 milyard avro, FCF-nin isə 3 milyard avro civarında olmasını gözləyir.