BİZNES

06 Avqust

Bu ilin ilk yarısında Azərbaycanın elektrik enerjisi ixracı 32% azalıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 38,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən bildirir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 milyon dollar və ya 32,4% azalıb.

Eyni zamanda, qeyri-neft sektoru üzrə ixrac 9,9% artaraq 1,8 milyard ABŞ dollarına çatıb.

Qeyri-neft məhsullarının ixracında pomidor (tomat) 149 milyon ABŞ dolları ilə birinci yerdədir. Qızıl 144 milyon dollarla ikinci, pambıq isə 98,6 milyon dollarla üçüncü sırada qərarlaşıb.

Fuad Mədətov
Finss.az