2025-ci ilin iyul ayında Azərbaycanda internet istifadəçilərinin axtarış sistemlərinə üstünlük vermə meyilləri üzrə statistika açıqlanıb.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, ötən ay ölkədə ən çox istifadə olunan axtarış sistemi “Google” olub. Bu platformanın bazar payı 81,28 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,39 faiz bəndi artım deməkdir.
“Yandex”in bazar payı isə iyun ayına nisbətən 1,47 faiz bəndi azalaraq 16,4 faizə düşüb.
Eyni dövrdə “Bing” axtarış sisteminin istifadəsində cüzi artım müşahidə olunub – 0,03 faiz bəndi artaraq 1,23 faiz paya çatıb. “Yahoo”nun bazar payı isə 0,04 faiz bəndi azalaraq 0,47 faiz olub.
Digər axtarış sistemləri ümumilikdə bazarın 0,62 faizini təşkil edib.
Bu göstəricilər Azərbaycanda axtarış vərdişlərinin hələ də əsasən “Google” üzərində formalaşdığını və digər platformaların payının məhdud qaldığını göstərir.
Fuad Mədətov
Finss.az