2025-ci ilin iyul ayında Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Instagram" olub.
Finss.az "StatCounter"ın təqdim etdiyi statistikaya əsasən xəbər verir ki, bu platformanın sosial şəbəkə bazarındakı payı 34,01% təşkil edib. Bu göstərici iyun ayı ilə müqayisədə 1,94 faiz bəndi artım, ötən ilin iyul ayı ilə müqayisədə isə 4,15 faiz bəndi azalma deməkdir.
İkinci yerdə 31,73% payla "Facebook" qərarlaşıb. Bu, ötən ayla müqayisədə 5,65 faiz bəndi, 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 8,85 faiz bəndi artım deməkdir.
Üçüncü pillədə 15,31%-lik bazar payı ilə "Youtube" yer alıb. Lakin bu platformanın aylıq bazar payında 5,26 faiz bəndi azalma müşahidə olunub. İllik müqayisədə isə 4,13 faiz bəndi artım qeydə alınıb.
İstifadəçi sayına görə dördüncü yeri "X" (əvvəlki "Twitter") platforması tutub. Onun bazar payı aylıq müqayisədə 2,58 faiz bəndi, illik müqayisədə isə 0,4 faiz bəndi azalaraq 7,1%-ə enib.
"Pinterest" sosial şəbəkəsi 5-ci yerdə qərarlaşıb. Platformanın bazar payı aylıq müqayisədə 0,08 faiz bəndi artıb, illik müqayisədə isə 7,78 faiz bəndi azalıb.
Altıncı sırada 2,56% payla "Reddit" yer alıb. Bu platforma aylıq müqayisədə 0,19 faiz bəndi itirib, illik müqayisədə isə 0,38 faiz bəndi artıb.
Siyahını "Linkedin" sosial şəbəkəsi tamamlayır. Onun iyul ayındakı bazar payı 1,18% olub ki, bu da əvvəlki ayla müqayisədə 0,18% artım, illik müqayisədə isə 0,23% azalma deməkdir.