BİZNES

01 Avqust

Azərbaycanın dövlət borcu 25,7 milyard manata çatıb

2025-ci il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanın dövlət borcu (xarici və daxili dövlət borcu birlikdə) 25 milyard 695,6 milyon manat təşkil edib.

Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu məbləğ ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 19,6 faizinə bərabərdir.

Rəsmi açıqlamaya əsasən, ümumi dövlət borcunun 8 milyard 518,2 milyon manatı (5 milyard 10,7 milyon ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17 milyard 177,4 milyon manatı və ya 66,8 faizi isə daxili dövlət borcunun payına düşür.