BİZNES

30 İyul

Bu ilin ilk yarısında Azərbaycanda idxalın dəyəri 11,5 milyard dollara çatıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycana məhsul idxalının ümumi dəyəri 11,5 milyard ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Dövlət Gömrük Komitəsinə istənadən xəbər verir ki, hesabat dövründə fiziki şəxslər tərəfindən idxal edilən məhsulların dəyəri 1,013 milyard dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 92 milyon dollar və ya 10 faiz çoxdur. Ötən ilin müvafiq dövründə fiziki şəxslərin idxal etdiyi məhsulların dəyəri 921 milyon dollar təşkil etmişdi.

Ümumilikdə 2024-cü ilin ilk yarısında ölkəyə idxal olunan məhsulların dəyəri 8,9 milyard dollar olub. 2025-ci ildə isə fiziki şəxslərin idxalda payı ümumi həcmin 8,79 faizinə bərabər olub.

Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,632 milyard dollar və ya 12,1 faiz artım deməkdir.

Ticarət dövriyyəsinin 12,878 milyard dolları ixracın, 11,522 milyard dolları isə idxalın payına düşüb. İl ərzində ixracda cüzi – 0,2 faiz azalma müşahidə olunub, əvəzində idxal 29,9 faiz artıb.

Nəticədə xarici ticarət balansında 1,356 milyard dollarlıq müsbət saldo qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,677 milyard dollar və ya təxminən 3 dəfə azdır.

Fuad Mədətov
Finss.az