BİZNES

29 İyul

TENDER: Maşın və avadanlıqların satınalınması

Finss.az - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası maşın və avadanlıqların satın alınması məqsədilə açıq tender elan edib.

Tenderin ümumi dəyəri 47,925.26 manat təşkil edir. Təkliflərin qəbulu 12 avqust 2025-ci il saat 14:05-dək davam edəcək və həmin gün zərflərin açılışı keçiriləcək.

Tenderə çıxan avadanlıqlar arasında 15 ədəd 15 metrlik HDMI-to-HDMI 8K kabellər, 5 ədəd 3LCD texnologiyalı proyektorlar, 3 ədəd 48 portlu PoE+ Access layer switch, 3 ədəd Rack cabin 9U, 1,800 metr Cat6 UTP kabel və 15 ədəd 48V, 0.65A 30W gücündə PoE+ adapterlər yer alır.

Proyektorların xüsusiyyətlərinə görə, istehsalçının Bakı şəhərində rəsmi servis mərkəzi olmalı, təchizatçı isə MAF (istehsalçı səlahiyyətnaməsi) təqdim etməlidir. Həmçinin, avadanlıqların zəmanət müddətləri unikal seriya nömrəsi əsasında istehsalçının rəsmi saytında izlənilə bilər.

Tenderdə iştirak etmək üçün təchizatçılar 95.85 manat iştirak haqqı və 25 manat istifadə haqqı ödəməlidirlər. Qeyd olunur ki, ödənişlər geri qaytarılmır, yalnız təchizatçı sayı üçdən az olduqda istisna ola bilər.

Satınalma ilə bağlı əlavə məlumat və əlaqə üçün Sahib Rəhimli, Təchizat-təsərrüfat və satınalma şöbəsinin müdiri ilə [email protected] elektron poçt ünvanı və +994 51 888 68 58 nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

Tender haqqında ətraflı məlumatı və sənədləri etender.gov.az portalından əldə etmək olar.