2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 316,5 milyon ABŞ dolları dəyərində 644,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib.
Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyəri 99,2 milyon ABŞ dolları və ya 1,3 dəfə, həcm baxımından isə 97,5 min ton və ya 1,1 dəfə azalıb.
Hesabat dövründə bu məhsullar əsasən Qazaxıstan və Rusiyadan idxal olunub. Belə ki, yanvar-may aylarında Qazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton, Rusiyadan isə 293,8 milyon ABŞ dolları dəyərində 602,9 min ton bitumlu süxurlardan alınmış xam neft və məhsullar gətirilib.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycandan əks istiqamətlərə həmin neft məhsullarının ixracı həyata keçirilməyib.
Eyni zamanda, 2025-ci ilin ilk altı ayında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% azalsa da, həcm baxımından 947,5 min ton və ya 8,5% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az