BİZNES

24 İyul

Hyundai Motorun ikinci rübdəki gəliri 7,3% artaraq rekord həddə çatıb

Finss.az xəbər verir ki, Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı Hyundai Motor Co. ikinci rübdə yüksək avtomobil satışları hesabına rekord gəlir əldə etdiyini bildirdi.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, 2025-ci ilin aprel-iyun dövründə onun gəliri illik müqayisədə 7,3 faiz artaraq 48,3 trilyon von (35 milyard dollar) təşkil edib.

Bu arada xalis mənfəət rübdə 22,1 faiz azalaraq 3,25 trilyon von olub. Bloomberg xəbər verir ki, analitiklərin konsensus təxminləri ilə müqayisədə Hyundai-nin əməliyyat mənfəəti 15,8 faiz azalaraq 3,6 trilyon von olub.

Hyundai rübdə 1,066 milyon avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Şimali Amerikada satışlar 3,3%, Cənubi Amerikada 6,6%, Avropada 2,6%, Cənubi Koreyada 1,5%, Yaxın Şərq və Afrikada 10,2% artıb. Bu arada Hindistanda satışlar 11,5%, Çində 12,6%, Asiya-Sakit okean regionunda isə 4,1% azalıb.

Cümə axşamı günü keçirilən ticarətin ardından şirkətin səhmləri 2% ucuzlaşıb. Cari ilin əvvəlindən onların dəyəri 2,6% artıb.