Finss.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərman Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunub.
Müvafiq olaraq, ölkədə illik gəlirləri 120 milyon rublu (təxminən 1,5 milyon dollar) keçən iri banklar və pərakəndə satış məntəqələri 2026-cı il sentyabrın 1-dən etibarən vətəndaşlara rəqəmsal rubldan istifadə imkanı təklif edəcək.
Sanksiyalara görə bank sektorunda çətinliklər yaşayan Rusiya yeni maliyyə texnologiyalarından istifadə edərək beynəlxalq ödəniş problemlərinə həll yolları tapmağı hədəfləyir.
Rusiya Mərkəzi Bankı 15 avqust 2023-cü ildə rəqəmsal rublun sınaq mərhələsinə başlayıb.