Finss.az xəbər verir ki, Energetika Nazirliyinin həftəlik hesabatında ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 3,17 milyon barel azalaraq 419 milyon barrelə düşüb.
"Trading Economics"in məlumatına görə, ekspertlər orta hesabla 1,6 milyon barel azalma gözləyirdilər.
İyulun 18-də bitən həftədə benzin ehtiyatları 1,74 milyon barel azalıb, distillat ehtiyatları isə 2,93 milyon barel artıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar keçən həftə 455 min barel artıb.