BİZNES

23 İyul

Azərbaycanın alüminium ixrac həcmi azalıb, dəyəri isə artıb

2025-ci ilin ilk altı ayında Azərbaycandan 101 milyon ABŞ dolları dəyərində 35,2 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 0,66% (667 min dollar) çoxdur. Lakin ixrac olunan məhsulun həcmi 6,7% (2,5 min ton) azalaraq 37,7 min tondan 35,2 min tona enib.

Ötən ilin birinci yarısında alüminium ixracından 100,3 milyon dollar gəlir əldə edilmişdi.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard dollar dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% və ya 2,63 milyard dollar çoxdur.

İxracın həcmi 12,88 milyard dollar, idxalın həcmi isə 11,52 milyard dollar təşkil edib. İxrac 0,2% azalsa da, idxalda 29,9% artım qeydə alınıb.

Beləliklə, xarici ticarət balansında 1,356 milyard dollarlıq müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə və ya 2,68 milyard dollar azalıb.

Fuad Mədətov
Finss.az