BİZNES

22 İyul

Brent markalı neftin bir barreli 68,5 dollara düşüb

Finss.az xəbər verir ki, çərşənbə axşamı neft qiymətləri ucuzlaşır, çünki treyderlər ABŞ və Aİ arasında ticarət mübahisələri də daxil olmaqla, qlobal iqtisadi fəallığı zəiflədəcək və müvafiq olaraq enerjiyə tələbatı azaldacaq.

Bundan əvvəl KİV-lər ABŞ prezidenti Donald Trampın Aİ ilə ticarət danışıqlarında tələblərini sərtləşdirərək, bloka minimum 15-20% rüsum tətbiq edilməsində israr etdiyini yazmışdı. Bu arada, Avropa ölkələri ABŞ-la ticarət sazişinin bağlanmadığı təqdirdə ABŞ-ın tariflərinə cavab olaraq bu həftə tədbirlər planı üzərində razılığa gəlməyi planlaşdırır.