2025-ci ilin 1-ci yarımili ərzində Dövlət Miqrasiya Xidmətinə (DMX) fəaliyyət istiqamətləri üzrə 259 316 müraciət daxil olub.
Finss.az-ın DMX-in rəsmi saytına istinadən xəbər verir ki, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər – 150 548
- Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 35 629
- Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər – 888
- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər – 6 753
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 5 950
- Çağrı mərkəzinə daxil olan zənglər – 35 994
- Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti vasitəsilə daxil olan müraciətlər – 7 142
- Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər – 5 540
- Digər müraciətlər – 10 872
Tənzimlənməyən miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına görə 9 714 qərar qəbul edilib.