Bakıda 9-11 sentyabr tarixlərində 4-cü Beynəlxalq “Black and Caspian Freight Forum 2025: dəhlizlər, yüklər, infrastruktur” konfrans və sərgisi keçiriləcək. RDL Group şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbir, 25-dən çox ölkədən 250-yə yaxın nümayəndəni bir araya gətirərək regional və beynəlxalq logistika liderlərinin əsas görüş nöqtəsinə çevriləcək.
Bu il forumun proqramı daha interaktiv və biznes yönümlü olacaq. İlk dəfə olaraq tədbirin rəsmi hissəsi kimi əvvəlcədən planlaşdırılmış B2B görüşlər keçiriləcək. 10 sentyabrda baş tutacaq bu format iştirakçılara 15 dəqiqəlik sessiyalar vasitəsilə potensial tərəfdaşlarla 100% zəmanətli biznes əlaqələri qurmaq imkanı yaradacaq.
Tədbir Proqramı:
- 9 sentyabr: Kokteyl qəbulu (18:00–21:00)
- 10 sentyabr: Konfrans, sərgi, B2B görüşlər və qala-şam yeməyi (09:00–22:00)
- 11 sentyabr: Absheron Logistics Center-ə texniki səfər (10:00–14:00)
Forumun əsas mövzuları arasında beynəlxalq nəqliyyat dəhlizləri, Azərbaycanın logistik mərkəz kimi rolu, Orta Dəhlizin inkişaf perspektivləri, regionun limanlarının gələcəyi, rəqəmsallaşma, yaşıl logistika təşəbbüsləri və beynəlxalq ticarətdə hüquqi-sığorta məsələləri yer alır.
Əsas tərəfdaş və sponsorlar:
- Gümüş sponsorlar: MALBI-trans s.r.o., Absheron Logistics Center
- Kofe-breykin sponsoru: Belgorod-Dnistrovskyi Merchant Sea Port
- Biznes proqramının tərəfdaşı: NurZhol Company
- Şəbəkə üzrə tərəfdaş: Nəqliyyat Dəhlizləri
- Sərgi iştirakçıları: NFident, Transvector, Arkas Georgia və digərləri
- Rəsmi informasiya dəstəyi: UIRR (Belçika), NSBS (Bolqarıstan), USER (Rumıniya), FFAA (Azərbaycan), ABADA (Azərbaycan) və s.
Tədbirin statistik göstəriciləri də artım dinamikasını əks etdirir:
- 2023: 210 iştirakçı, 140 şirkət, 18 ölkə
- 2024: 255 iştirakçı, 157 şirkət, 25 ölkə
Forum çərçivəsində Azərbaycan şirkətləri üçün 50%-lik iştirak endirimi, sərgi stendləri və sponsorluq imkanları da təqdim olunur. Tədbirdə sinxron tərcümə (ingilis-rus) təmin ediləcək.
Ətraflı məlumat və qeydiyyat üçün: www.rdl.group
