Finss.az - Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 2 milyon 486,9 min ton qaz kondensatı hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% azdır.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, hesabat dövründə hasil edilən qaz kondensatının 2 milyon 482,57 min tonu əmtəəlik məhsulun payına düşüb. Bu göstərici də illik müqayisədə 8,8% azalma ilə müşahidə olunur.
Qeyd edək ki, qaz kondensatı Azərbaycan iqtisadiyyatının enerji sektorunda mühüm yer tutur və hasilat dinamikası daxili istehlakla yanaşı, ixrac potensialına da birbaşa təsir göstərir.