BİZNES

18 phrase_var_core.july

Kimya sənayesi məhsullarının ixracı 38% artıb

Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 174,3 milyon ABŞ dolları dəyərində 571 min tondan çox kimya sənayesi məhsulu ixrac edilib.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 37,6 faiz və ya 47,6 milyon dollar, həcm baxımından isə 7,9 faiz və ya 41,8 min ton çoxdur.

Cari ilin ilk yarısında kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,35 faiz, qeyri-neft ixracında isə 9,94 faiz təşkil edib.

İxracdakı artım sənaye sektorunda diversifikasiyanın genişlənməsi və kimya məhsullarına olan xarici tələbin yüksəlməsi ilə izah olunur.