Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında ölkə üzrə 37 911,4 hektar sahədə qarğıdalı əkilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, vələmirin əkin sahəsi 26,6%, tütünün əkin sahəsi 15,9%, şəkər çuğundurunun isə 6,6% artaraq müvafiq olaraq 6 701,4, 3 070 və 7 274,6 hektara çatıb.
Ümumilikdə, cari ilin ilk altı ayında ölkə üzrə yazlıq bitkilərin ümumi əkin sahəsi 371 520,5 hektar təşkil edib.