BİZNES

17 İyul

Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard dollara çatıb

Finss.az - Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, altı ayda xarici ticarət əməliyyatlarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,632 milyard dollar və ya 12,1% artıb. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 21,768 milyard dollar olmuşdu.

Cari ilin ilk yarısında ticarət dövriyyəsinin 12,878 milyard dolları ixracın, 11,522 milyard dolları isə idxalın payına düşüb. Bu dövrdə ixracda cüzi - 0,2% azalma müşahidə olunub, idxal isə əhəmiyyətli dərəcədə - 29,9% artıb.

Xarici ticarət balansı müsbət qalmaqda davam edir, lakin fərq nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, bu ilin altı ayında 1,356 milyard dollarlıq müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,677 milyard dollar və ya təxminən 3 dəfə azdır.