BİZNES

16 İyul

Şəkər və qənd istehsalında kəskin artım qeydə alınıb

Finss.az - 2025-ci ilin ilk yarısında Azərbaycanda 163,9 min ton şəkər və qənd istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,6% və ya 44,8 min ton artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iyun ayında istehsal həcmi 45,9 min tona çataraq may ayı ilə müqayisədə 39,5% artıb. Ayın sonunda 5,6 min ton hazır məhsul ehtiyatı mövcud olub.