Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 327,5 min kubmetr tikinti kərpici istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% və ya 25,2 min kubmetr çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iyun ayında 55,3 min kubmetr kərpic istehsal edilib ki, bu da may ayı ilə müqayisədə 1,8% artım deməkdir. Ayın sonunda hazır məhsul ehtiyatı 8,9 min kubmetr təşkil edib.