Finss.az - 2025-ci ilin birinci rübündə Belarusdan Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 807 min ABŞ dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə Belarusdan gələn investisiyalar 563 min ABŞ dolları və ya 3,3 dəfə artaraq 244 mindən 807 minə yüksəlib. Cari ilin ilk üç ayında Belarusdan yatırılan investisiyalar Azərbaycan iqtisadiyyatına cəlb olunan ümumi birbaşa xarici investisiyaların 0,1%-ni təşkil edib.
Ümumilikdə, 2025-ci ilin birinci rübündə Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,7% artım deməkdir.
Eyni zamanda, 2025-ci ilin ilk üç ayında Azərbaycandan xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyalar isə 315,116 milyon ABŞ dolları olub və bu göstərici 4,6% azalıb.