2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə qaz hasilatı 4 milyard kubmetr olub.
Finss.az-a Energetika Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 5,3% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında SOCAR-ın qaz hasilatı 3,8 milyard kubmetr təşkil etmişdi.
Ümumilikdə isə, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Bu qazın 13,8 milyard kubmetri “Şahdəniz”, 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 0,8 milyard kubmetri “Abşeron” yatağı, təxminən 4 milyard kubmetri isə SOCAR-ın payına düşür.