2025-ci ilin yanvar-iyul aylarında “Şahdəniz” qaz-kondensat yatağından 13,8 milyard kubmetr təbii qaz hasil olunub.
Finss.az bu barədə Energetika Nazirliyinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 1,4% azdır. Belə ki, ötən ilin ilk yeddi ayında yataqdan 14 milyard kubmetr qaz çıxarılmışdı.
2025-ci ilin yanvar-iyun ayları üzrə ölkə üzrə ümumi təbii qaz hasilatı 25,2 milyard kubmetr təşkil edib. Bu həcmin strukturunda əsas pay aşağıdakı kimidir:
- “Şahdəniz” yatağı – 13,8 milyard kubmetr
- “Azəri-Çıraq-Günəşli” blokundan çıxarılan qaz – 6,6 milyard kubmetr
- “Abşeron” yatağı – 0,8 milyard kubmetr
- SOCAR üzrə hasilat – təxminən 4 milyard kubmetr