BİZNES

14 İyul

AÇG-də 6 ayda 8 milyon ton neft çıxarıldı

2025-ci ilin ilk yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 8 milyon ton neft hasil olunub.

Energetika Nazirliyinin Finss.az-a verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 200 min ton və ya 2,4% azdır.

Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında AÇG-dən 8,2 milyon ton neft çıxarılmışdı.

Ümumilikdə isə bu ilin ilk 6 ayında ölkə üzrə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bunun 1,9 milyon tonu “Şahdəniz”, 0,3 milyon tonu “Abşeron” yatağının, 3,5 milyon tonu isə SOCAR-ın payına düşüb.