Finss.az - 2025-ci ilin ilk altı ayında Azərbaycanda 1 430 ədəd noutbuk istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,4% və ya 527 ədəd çoxdur.
Stolüstü kompüterlərin istehsalında isə daha kəskin artım qeydə alınıb – bu müddət ərzində 1 795 ədəd masaüstü kompüter istehsal edilib. Bu, əvvəlki ilin göstəricisindən 951 ədəd və ya 2,1 dəfə çoxdur.
Ümumilikdə, kompüter, elektron və optik məhsullar, eləcə də elektrik avadanlıqlarının istehsalı üzrə 2025-ci ilin yanvar-iyun aylarında 128,3 milyon manatlıq məhsul buraxılıb. Bu göstəricilər yerli istehsalın genişləndirildiyini və texnoloji sahədə irəliləyişin davam etdiyini göstərir.