2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 19,4 min ton sürtkü yağı istehsal olunub.
Finss.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilib.
Hesabat dövründə sürtkü yağı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 min ton və ya 40,1% azalıb. 2024-cü ilin ilk yarısında bu göstərici 32,8 min ton təşkil edib.
2025-ci il iyulun 1-nə ölkədə 2,5 min ton həcmində hazır sürtkü yağı ehtiyatı mövcuddur.
Qeyd edək ki, ümumilikdə neft məhsullarının istehsalı sahəsində bu ilin birinci yarısında 2,565 milyard manatlıq məhsul istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azalma deməkdir.