2025-ci ilin ilk yarısında Azərbaycanda hava nəqliyyatı vasitəsilə 1,861 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artım deməkdir.
Finss.az xəbər verir ki, məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus hava nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hava nəqliyyatı ilə yük daşımaları isə 8,4 faiz azalaraq 192 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 197,5 min ton idi.
Ümumilikdə yük və sərnişin daşımalarında artım
2025-ci ilin ilk yarısında ölkədə ümumi yük daşımaları 2,8%, sərnişin daşımaları isə 5,3% artıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 116,4 milyon ton yük daşınıb. Daşınan yükün bölüşdürülməsi belədir:
- 4% — dəniz nəqliyyatı
- 7,3% — dəmir yolu
- 0,2% — hava nəqliyyatı
- 60,1% — avtomobil nəqliyyatı
- 28,4% — boru kəməri ilə daşınma
Fuad Mədətov
Finss.az